15 Yanvar 2018

Ümumdünya balinalar günü

19 fevral tarixində Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günü qeyd edilir (Balinalar Günü). Bu gün təkcə balinalar deyil, bütün dəniz məməliləri, dəniz və okeanlarda yaşayan bütün canlı varlıqlar mühafizə olunur.

 

Bu gün 1986-cı ildən keçirilməyə başlamışdır, 200 il ərzində balinaların vəhşicəsinə məhv edilməsindən sonra Beynəlxalq balinalar komissiyası iri balinaların ovlanmasına, balina ətinin ticarətinə qanunla qadağa qoydu. Bu qadağa hələ də qüvvədədir.

 

Hər il müxtəlif təbiəti mühafizə qrupları və təşkilatları balinaların və digər su məməlilərinin mühafizəsinə diqqəti cəlb etmək məqsədilə çoxsaylı aksiyalar keçirir. Çox vaxt  19 fevral tarixini müxtəlif ölkələrdən olan ekoloqlar birləşərək təhlükədə olan bir su canlısının mühafizəsinə həsr edirlər.

Bİzə qoşul