14 Noyabr 2016

Magistral avtomobil yolu ətrafında kənd təsərrüfatı əhəmiyyətli ağaclar əkilib

Noyabrın 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun ətrafında daxili tələbatın ödənilməsi və ixrac potensialı nəzərə alınaraq kənd təsərrüfatı əhəmiyyətli zeytun ağaclarının əkini aparılıb.

 

Ağacəkmə aksiyası Azərbaycan Prezidentinin kənd təsərrüfatı sahəsində ixracın artırılması və idxal məhsullarının azaldılması haqqında çağırışları, yerli məhsulların əkininin, istehsalının çoxaldılması istiqamətində apardığı kampaniyaya, həyata keçirilən iqtisadi islahatlara dəstək məqsədilə təşkil edilib.

 

Aksiyada ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, nazirliyin əməkdaşları ilə yanaşı, ictimaiyyət nümayəndələri və ekoloji qeyri-hökumət təşkilatlarının ümumilikdə 300-ə yaxın təmsilçisi iştirak edib. Ərzaq məhsulları istehsalının genişləndirilməsi məqsədilə Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun kənarındakı 1,5 hektarlıq sahədə zeytun ağaclarından ibarət yeni yaşıllıq sahəsi salınıb.

 

Sonra aksiya iştirakçıları 30 hektardan artıq ərazidə yaşıllıqlara aqrotexniki qulluq göstəriblər.

 

Qeyd edək ki, kənd təsərrüfatı əhəmiyyətli ağacların əkilməsi ilə bağlı analoji aksiyalar ölkənin digər magistral avtomobil yollarının kənarlarında, meşə fondu ərazilərində də həyata keçirilir. Qoz, fındıq, nar, tut və sair yerli tələbatın ödənilməsinə və ixraca yönələn ağacların əkini davam etdirilir.

 

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul