IDEA-nın Layihələri:


  • Bioloji parçalana bilən paketlərin ictimai istifadəyə verilməsi

    Azərbaycanda ilk dəfə olaraq bioparçalanan paketlərin istifadəsini Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi reallaşdırmışdır. Ətraflı oxu

  • Tullantıdan incəsənətə

    "Tullantıdan incəsənətə" layihəsi IDEA İctimai Birliyi və “YARAT” Müasir İncəsənət məkanı tərəfindən müştərək olaraq həyata keçirilib. Ətraflı oxu

  • Daha yaşıl Azərbaycan üçün Bakı və Gəncə könüllüləri səfərbər oldu

    Leyla Əliyeva tərəfindən təsis olunan IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyilə 1 dekabr 2013-cü il tarixində Gəncə şəhərində ağacəkmə aksiyası həyata keçirilmişdir. Ətraflı oxu

  • Gəncədə eko-velosiped layihəsi

    IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi paytaxtımızla yanaşı digər regionlarda da müntəzəm olaraq ekoloji layihələr həyata keçirir. Layihələrin həyata keçirildiyi hədəf şəhərlərdən biri də Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədir. Ətraflı oxu

  • "Eko rəsm gündəliyi 2013"

    Noyabrın 1-dən 15-dək paytaxt Bakı və Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə keçirilən "Eko rəsm gündəliyi 2013" ekoloji müsabiqəsinin yerli mərhələsi IDEA kampaniyası tərəfindən, YUNESKO-nun himayəsi, Heydər Əliyev Mərkəzi və Panasonic Marketinq MDB-nin dəstəyi ilə təşkil olunub. Ətraflı oxu

  • Ceyranların Gürcüstan Respublikasına reintroduksiyası

    Ceyran sürüsünün Gürcüstana reintroduksiyası oktyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA kampaniyasının rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. Ətraflı oxu

  • Sahilyanı təmizlik aksiyası

    Təmizlik aksiyası 7 sentyabr 2013-cü il tarixində hər il dünyada qeyd olunan “Beynəlxalq Təmizlik Həftəsi” ilə əlaqədar IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası tərəfindən Nardaran çimərliyi ərazisində təşkil edilib. Ətraflı oxu

  • “Ətraf mühit üçün təkrar istifadə”

    “Ətraf mühit üçün təkrar istifadə” gənclərin yay düşərgəsi IDEA kampaniyası,“Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyi, Göyçay rayon İcra Hakimiyyəti, USA Education və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya idarəsinin dəstəyi ilə həyata keçirilmişdir. Ətraflı oxu

  • “Yer kürəsi uşaqların gözü ilə” gənclərin beynəlxalq fotomüsabiqəsi

    "Yer kürəsi uşaqların gözü ilə" beynəlxalq fotomüsabiqə IDEA kampaniyasının təşəbbüsü əsasında dünya şöhrətli fotoqraf Reza Deqati ilə sıx əməkdaşlıq edərək, WPO (Dünya Fotoqrafçılıq Təşkilatı) və Böyük Britaniyanın "National Geographic" uşaq jurnalının dəstəyi ilə həyata keçirilmişdir. Ətraflı oxu

Bİzə qoşul