09 Fevral 2016

Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunacaq

13 fevral tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim baş tutacaqdır. Uşaqların ətraf mühit və canlı aləm barədə biliklərinin artırılması məqsədini daşıyan Laboratoriyanın fevral təlimi “təbiətə sevgi” mövzusunda həsr olunacaqdır.

 

Təlim zamanı uşaqlara vəhşi təbiət, ekosistem, heyvanların təsnifatı, heyvanların nəslinin tükənməsi, qida zənciri və s. barədə geniş məlumat veriləcək, onlara heyvanlar barədə maraqlı faktlar izah olunacaqdır. Bununla yanaşı, laboratoriya zamanı uşaqlar əyani şəkildə ev heyvanı ilə tanış olacaq, onu yemləmək və onun qayğısına qalmaq imkanı əldə edəcəklər.

 

Təlimin gedişində iştirakçılar bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak etməklə yanaşı, “Sevgililər günü” münasibətilə analarına hədiyyə etmək üçün müxtəlif materiallardan istifadə etməklə kiçik “sənət əsərləri” də düzəldəcəklər.

 

IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunacaq fevral laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, onların təbiəti daha yaxşı qavramalarına töhfə verəcəkdir.

 

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul