19 İyul 2016

“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində iyul təlimi baş tutdu

16 iyul tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir. İyul təlimi suyun həyatımızdakı rolu, onun planetimiz üçün əhəmiyyətinə həsr olunmuşdur.

 

Təlim zamanı uşaqlara su və onun xüsusiyyətləri barədə danışılmış, suyun qorunması və ona qənaət edilməsi, onun təmiz saxlanması yolları izah edilmişdir.

 

Təlimin praktiki hissəsində gənc təbiətsevərlər açıq havada su ilə bağlı bir sıra sınaqların keçirilməsində iştirak etmişlər.

 

İyul laboratoriyası uşaqlara ətraf mühitin əsas elementlərindən olan su və onun xüsusiyyətləri ilə bağlı biliklər qazandırmaqla yanaşı, həm də  onlarda kiçik yaşlarından suyun vacibliyi və ona qənaətlə bağlı təsəvvür yaratmaq baxımından faydalı olmuşdur.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul