Tamamlanmış layihələr

3D eko qraffiti layihəsi

Giriş

3D qraffiti layihəsi IDEA İctimai Birliyi və YARAT Müasir İncəsənət Məkanının birgə təşəbbüsü ilə 2014-cü ilin sentyabr ayında həyata keçirilmişdir.

Təsvir və Konsepsiya

Layihə çərçivəsində çəkilmiş qraffiti əsər ekoloji problemlər haqqında incəsənət yoluyla ictimaiyyəti məlumatlandırmaq və insanların diqqətini bu problemlərə yünəltmək xarakteri daşıyır.

 

Qraffiti əsəri 2012-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri xanım Leyla Əliyevanın təşəbbüsü ilə start verilmiş "Qafqazın böyük beşliyi"-ə daxil olan heyvanları və onların qorunmasının vacibliyini özündə əks etdirir.

 

"Qafqazın böyük beşliyi" layihəsi Azərbaycan ərazisində məskunlaşan və nəsli kəsilmək təhlükəsi ilə qarşılaşan heyvan növlərinin - qonur ayı, imperator qartalı, boz canavar, ceyran və Qafqaz bəbirin mühafizəsini nəzərdə tutur.

 

Yerüstü qraffiti əsəri İngiltərədən dəvət olunmuş qraffitistlər – Eduard Şiron, Ceyms Titçner və Culiyan Fetin tərəfindən 3D formatında 5 gün ərzində işlənmişdir.

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul