08 Aprel 2016

“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçiriləcəkdir.

16 aprel tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində “Yer günü”nə həsr olunmuş təlim keçiriləcəkdir.

 

Laboratoriya zamanı Planetimizin heyrətamiz gözəlliyi və onun mühafizəsi ilə bağlı qısametrajlı filmlər nümayiş olunacaqdır. “Kiçik ekoloqlara”, ətraf mühiti qorumağın sirləri, o cümlədən gündəlik həyatda təbiəti qorumaq üçün atılmalı olan vacib addımlar öyrədiləcəkdir.

 

Daha sonra, uşaqlar tullantılardan kiçik incəsənət nümunələri hazırlamaq, öz kiçik planetlərini yaratmaq, təmiz su və təmiz hava ilə bağlı interaktiv oyunlarda iştirak etmək imkanı əldə edəcəklər.

 

Aprel laboratoriyası uşaqlarda ətraf mühitin qorunmasının və onun gələcək nəsilllərə sağlam ötürülməsinin vacibliyi haqqında biliklər qazandıracaq, onlarda təbiətə sevgi və qayğı hissinin gücləndirilməsinə töhfə verəcəkdir.

 

IDEA  İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul