28 Yanvar 2021

Arazboyu Dövlət Təbiət Yasaqlığı və Bəsitçay Dövlət Təbiət Qoruğuna ilkin səfər

Təxminən 30 illik işğaldan sonra, həmçinin azad edilmiş Azərbaycan ərazilərindən çıxarkən Ermənistan silahlı qüvvələri və qanunsuz məskunlaşmış mülki əhalinin törətdiyi ekoloji vandalizm hərəkətlərindən sonra IDEA-nın təsisçisi Leyla Əliyeva tərəfindən yüksək prioritetli bərpa planları irəli sürülmüşdür. 28 yanvar tarixində IDEA komandası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Azərbaycanın uzun müddət işğal altında qalmış xüsusi mühafizə olunan ərazilərini, yəni Arazboyu Dövlət Təbiət Yasaqlığı və Bəsitçay qoruğunu görmək üçün ilkin ziyarətə getdilər. Səfər onilliklər boyu baxımsızlığa və istismara məruz qalan azad edilmiş ərazilərin ətraf mühitini qiymətləndirmək və bərpa etmək, beynəlxalq qurum və tərəfdaşları, həmçinin yerli gəncləri bərpa proseslərində birbaşa və fəal iştiraka cəlb etmək üçün icra edilən uzunmüddətli proqram çərçivəsində həyata keçib. Vurulmuş zərərin miqyası ilə tanış olan nümayəndələrimiz Qarabağ təbiətinə və meşələrə yeni nəfəs vermək yolunda atılacaq ilkin addımlara toxum və ağac əkməklə başladılar.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul