Tamamlanmış layihələr

"Arzuladığın gələcək" layihəsi

Giriş

"Arzuladığın gələcək" adlı ekoloji multimedia müsabiqəsi Azərbaycanın ali təhsil müəssisələrində ekologiya və dayanaqlı inkişaf mövzuları üzrə mühazirələrin təşkilini nəzərdə tutan "IDEA mühazirələri" adlı layihəsi çərçivəsində həyata keçirilib.

Təsvir və Konsepsiya

May ayında keçirilən müsabiqədə universitet tələbələri Azərbaycanda mövcud ekoloji problemləri araşdırmış, onların həlli yollarını təklif edən layihələr hazırlanmış və təqdimatlar keçirmişlər.

"Arzuladığın gələcək" adlı ekoloji multimedia müsabiqəsi Azərbaycanın ali təhsil müəssisələrində ekologiya və dayanaqlı inkişaf mövzuları üzrə mühazirələrin təşkilini nəzərdə tutan "IDEA mühazirələri" adlı layihəsi çərçivəsində həyata keçirilib.

 

Ekoloji multimedia müsabiqəsinə may ayında start verilib. Müsabiqə IDEA kampaniyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatı tərəfindən təşkil edilib.

 

Müsabiqə özündə Azərbaycanda mövcud ekoloji problemlər və onların həlli yollarını təklif edən layihələrin təqdimatını birləşdirmişdir. Təqdimatlar universitetlər üüzrə qrup şəklində hazırlanmışdır.

 

Müsabiqənin yekun mərhələsi tələbələrin təqdimatları ilə başlanıb və sonda münsiflər heyəti tərəfindən ən yaxşı 3 layihə seçilib. Qaliblər IDEA kampaniyası tərəfindən hədiyyə və sertifikatlarla təltif olunub.

 

Layihənin yekunu olaraq IDEA kampaniyasının Dövlət İdarəçilik Akademiyasında yeni istifadəyə verilmiş Resurs Mərkəzində tələbələr üçün "şəbəkələşmə saatı" keçirilib.

 

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul