Beynəlxalq ekoloji günlərin təqvimi
-
16 Avqust 2020
Beynəlxalq Kimsəsiz Heyvanlar Günü
16 avqust bütün dünyada Beynəlxalq kimsəsiz heyvanlar günü kimi qeyd olunur. 1992-ci ildə ABŞ-ın Heyvanların Hüquqlarının Müdafiəsi Beynəlxalq Cəmiyyəti hər il avqustun üçüncü həftəsində kimsəsiz heyvanlar gününü qeyd etməyi təklif edib.
-
23 Avqust 2020
Ümumdünya Su Həftəsi
Ümumdünya Su Həftəsi hər il avqust və ya sentyabr ayında Stokholmda 1 həftə davam edən qlobal su konfransıdır. Ümumdünya Su Həftəsi Stokholm Beynəlxalq Su İnstitutu tərəfindən təşkil edilir və planetin su, inkişaf və davamlılıq proseslərinə həsr olunur.