11 Avqust 2016

Uşaqlar üçün növbəti laboratoriya təlimi təşkil olunacaq

20 avqust tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində tullantılar və onların təkrar emalı mövzusuna həsr olunmuş növbəti təlim keçiriləcəkdir.

Təlim zamanı uşaqlara tullantıların azaldılması, təkrar istifadəsi və emalı prosesləri haqqında geniş məlumatlar çatdırılacaq və bu proseslərin Planetimiz, xüsusilə canlı aləm üçün əhəmiyyətdən bəhs ediləcəkdir, həmçinin “kiçik ekoloqlara” tullantıların çeşidlənməsi yolları da izah ediləcəkdir.

Bundan əlavə, gənc təbiətsevərlər bir sıra eksperimentlərin keçirilməsində iştirak edəcək, müxtəlif istifadə olunmuş materiallardan ətraf mühit üçün yararlı olan yeni əşyalar hazırlamağı öyrənəcəklər.

Avqust laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də ətraf mühitin mühafizəsində vacib amillərdən hesab olunan tullantıların azaldılması və təkrar emalı proseslərini kiçik yaşlardan dərk etmələri baxımından mühüm töhfə verəcəkdir.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul