17 Dekabr 2013

Bakıda "Bir-birimizdən öyrənirik!" MDB-yə üzv dövlətlərin gənclərinin beynəlxalq ekoloji forumu keçirilir

 

Bu gün "Bir-birimizdən öyrənirik!" Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin gənclərinin beynəlxalq ekoloji forumu keçirilir. 

 

Tədbirin rəsmi tərəfdaşları Gənclər və İdman Nazirliyi, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi və "Təbiət Dostları" Gənclər İctimai Birliyidir. Beynəlxalq forumda MDB-yə üzv dövlətlərdən 40-dan çox gənc ekoloq iştirak edir.


Beynəlxaq forumun keçirilməsində məqsəd ölkəmizdə və dünyada ekoloji düşüncəni gücləndirmək, gənclərin ətraf mühitə və ekologiyaya qarşı məsuliyyətini artırmaq, eləcə də Azərbaycanda ekoloji layihələrin həyata keçirilməsinə daha intensiv təkan verməkdir.


Tədbirdə çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu il MDB məkanında "Ekologiya ili" elan olunub: 


"2012-ci ilin Azərbaycanda "Ekologiya ili" elan olunmasına və həmin il çərçivəsində ölkəmizdə bu sahə ilə bağlı bir sıra tədbirlər keçirilməsinə baxmayaraq, bu il də ölkəmizdə bu istiqamətdə tədbirlər həyata keçirilir. Biz bu il yayda MDB ölkələrinin iştirakı ilə ekoloji düşərgə təşkil etdik və bu gün də həmin tədbirin davamı olaraq Forum keçirilir.

Düşünürəm ki, forum çərçivəsində gənclərimiz arasında maraqlı müzakirələr aparılacaq, fikir mübadilələri həyata keçiriləcək. İnanıram ki, burada iştirak edən QHT-lər arasında ekoloji maarifləndirmə və ətraf mühitin mühafizəsi istiqamətində birgə maraqlı təşəbbüslər və ideyalar ortaya çıxacaq. Gələcəkdə isə MDB məkanı daxilində bu layihələri həyata keçirmək olar".


Qeyd edək ki, forum dekabrın 19-da yekunlaşacaq.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul