12 May 2013

Bakıda beynəlxalq foto müsabiqə keçirilmişdir

 

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş festival və sərginin təşkilatçıları IDEA İctimai Birliyi və tanınmış fotoqraf Reza Deqatinin təsis etdiyi AİNA Dünya qeyri-hökumət təşkilatıdır.

Festivalın təşkilat komitəsindən bildirmişlər ki, bu mühüm tədbirin keçirilməsindən məqsəd ətraf mühit problemlərinə gənc fotoqrafların münasibətini göstərməkdir. Bu tədbir müsabiqədə ən yaxşı 100 fotoşəklin seçilməsi şansı yaradacaqdır.

Festival çərçivəsində "Mən təbiəti sevirəm" və "Mən çirklənmədən qorxuram" devizləri altında keçiriləcək müsabiqə dünyanın 90 ölkəsindən minlərlə gəncin diqqətini cəlb edəcəkdir. Bu fotomüsabiqə sosial və ətraf mühit məsələləri ilə bağlı şəkillərin dili ilə uşaqları məlumatlandıran ilk beynəlxalq layihə hesab olunur.

Gənclərin birinci Beynəlxalq foto festivalı və sərgisində müsabiqənin qalibləri Bakıda təşkil olunacaq bir sıra tədbir və seminarlarda öz bacarıqlarını daha da inkişaf etdirmək üçün böyük imkanlar əldə edəcəklər. Foto sənətinin canlı təntənəsi olan və ətraf mühitin mühafizəsi istiqamətində vacib addım sayılan bu tədbir çərçivəsində açıq havada sərgi, slayd-təqdimatlar, seminarlar və mükafatlandırma mərasimi təşkil ediləcəkdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi və ənənəvi Gül bayramı ərəfəsinə təsadüf edən bu Beynəlxalq Festivala Bakının ev sahibliyi etməsi gənc istedadların qədim mədəniyyətin, möhtəşəm arxitekturanın və bayramların gözəlliklərini fotoaparatın yaddaşına köçürmələri üçün yaxşı imkan yaradacaqdır.

 

Bİzə qoşul