05 May 2016

IDEA və Təhsil Nazirliyi gənc məktəblilər üçün ekoloji tədris proqramını davam etdirir

IDEA İctimai Birliyi ilə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin məktəblərdə ekoloji maarifləndirilmənin daha da gücləndirilməsi, insanların ətraf mühit problemlərinin həllinə erkən yaşlarından cəlb edilməsi məqsədilə başladığı “Ətraf mühiti birgə qoruyaq” mövzusunda ekoloji tədris proqramı davam edir.

 

Proqramın aprel ayı təlimləri “bioetika, bionika və biotexnologiya” mövzusuna həsr olunmuşdur. Aprel ayında baş tutan təlimlər Bakı şəhəri, S.C.Pişəvəri adına respublika humanitar fənlər gimnaziyası, Elitar gimnaziya və Ağabəy Novruzbəyli adına 46 nömrəli orta məktəbin eko-klubunda təşkil edilmişdir.

 

Nəzəri və praktiki hissələrdən ibarət olan təlimin nəzəri hissəsində şagirdlərə bioetikanın əsas prinsipləri, ətraf mühitə, xüsusilə də heyvanlara qarşı düzgün davranış qaydaları, klonlaşdırma, hibridləşmə, Geni Modifikasiya Olunmuş Orqanizmlər (GMO) və antibiotiklərlə bağlı  geniş məlumat verilmişdir. Praktiki iş zamanı isə məktəblilər bu ayın mövzusuna uyğun olaraq interaktiv çalışma və təcrübələr, qrup şəklində iş, krossvord və testlərin həlli, o cümlədən viktorinalara cəlb olunmuşlar.



Ümumiyyətlə isə, 2016-cı il ərzində “Ətraf mühiti birgə qoruyaq” proqramı çərçivəsində Bakı şəhəri üzrə digər pilot orta məktəblərdə fəaliyyət göstərən "Ekoklub" üzvləri üçün də ekologiyanın əsasları, bitkilərin və heyvanların ekologiyası, insan ekologiyası, urboekologiya və ya gələcəyin şəhərləri, iqlim dəyişmələri, alternativ enerji, biomüxtəliflik və onun qorunması, meşə ekologiyası, ekoloji yaşıl turizm və s. kimi müxtəlif ekoloji mövzuları əhatə edən təlimlərin təşkil edilməsi nəzərdə tutulmuşdur.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul