Tamamlanmış layihələr

Bioloji parçalana bilən paketlərin ictimai istifadəyə verilməsi

Giriş

Azərbaycanda ilk dəfə olaraq bioparçalanan paketlərin istifadəsini Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi reallaşdırmışdır.

Təsvir və Konsepsiya

Layihə çərçivəsində bioloji paketlər pulsuz olaraq Bakı şəhərinin böyük market və alış veriş mərkəzlərinə paylanmışdır. Paketlərin ictimai istifadəyə verilməsində məqsəd insanları plastik paketlərin təbiətə vurduğu ziyan haqqında məlumatlandırmaq olmuşdur.

Azərbaycanda ilk dəfə olaraq bioparçalanan paketlərin istifadəsini Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi reallaşdırmışdır.

 

Adi polietilen paketlərdən fərqli olaraq bioparçalanan paketlər təbiətə atıldığı zaman asanlıqla çürüyür və torpağa qarışır. Plastik və ya polietilen paketlər torpaqda yüz illərlə qaldığı halda, bioloji parçalanan paketlər qısa müddət ərzində torpağa qarışır və ətraf mühitə, demək olar ki, heç bir ziyan vermir.

 

Ekoloji təmiz paketlər Bakı şəhərinin "Bazarstore", "Grand", "Neptun", "Premium" və "Kontinental" kimi iri marketlərinə və alış-veriş mərkəzlərinə paylanılmışdır. 

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul