Böyük IDEA nədir?
IDEA gənc nəsli müsbət və davamlı ekoloji dəyişiklik yaratmağa hazırlamaq naminə dialoq, fəaliyyət, liderlik və təhsil kimi başlıca prinsiplərə əsaslanır.

Dialoq:

Mütəmadi olaraq keçirilən tədbirlər və yerli qruplar vasitəsilə həm milli, həm də beynəlxalq səviyyədə fikir mübadiləsi.

Fəaliyyət:

Gənclər düşərgəsinin, tədbirlərin və xüsusi ekoloji layihələrin təşkili və bu cür tədbirlərdə iştirak.

Liderlik:

Ekoloji problemlərlə mübarizədə öz sözünü deyən və digərlərini öz sırasına cəlb edə bilən gənc liderlərin müəyyən edilməsi və dəstəklənməsi.

Təhsil:

Məktəblərin, qrupların və icmaların lazımi vəsaitlərlə təmin edilməsi, onlara ətraf mühiti qorumaq üçün daha yaxşı imkanların yaradılması.
Təsisçinin müraciəti
Bütün dünyada gənclər ətraf mühit problemlərinin aradan qaldırılması yollarını axtarırlar. Həyatımızı təmin edən təbiət ilə harmoniyada olan bir gələcək yaratmaq imkanı öz əlimizdədir.
Leyla Əliyeva haqqında
Leyla Əliyeva 3 iyul 1985-ci il tarixində Rusiyanın Moskva şəhərində anadan olmuşdur. O, Londonda və Moskvada təhsil almış, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGIMO) magistr pilləsini bitirmişdir.

Bİzə qoşul