Tamamlanmış layihələr

Daha yaşıl Azərbaycan üçün Bakı və Gəncə könüllüləri səfərbər oldu

Giriş

Leyla Əliyeva tərəfindən təsis olunan IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyilə 1 dekabr 2013-cü il tarixində Gəncə şəhərində ağacəkmə aksiyası həyata keçirilmişdir.

Təsvir və Konsepsiya

“Daha yaşıl bir Azərbaycan üçün bizə kömək et!” şüarı altında həyata keçirilən aksiyanın əsas məqsədi ağac əkməklə ekoloji mühitin sağlamlaşdırılmasını sürətləndirmək, gənclər arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin formalaşdırılmasına və inkişafına töhfə vermək, onları bu işə sövq etməklə asudə vaxtlarının səmərəli təşkilini təmin etmək, insanlar arasında ekoloji maarifləndirmə işini həyata keçirərək təbiətə qayğıkeş münasibəti aşılamaqdır.

 IDEA 17 noyabr tarixində Bakının Zığ qəsəbəsində  və 1 dekabr tarixində Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə “Daha yaşıl bir Azərbaycan üçün bizə kömək et!” şüarı altında ağacəkmə aksiyası həyata keçirdi.

 

Bakıda 5000-dən çox ağac IDEA hərfləri formasında əkilib. Gəncədə isə 1000-ə yaxın IDEA könüllülərinin iştirak etdiyi aksiya əsası 1979-cu ildə Ulu öndər Heydər Əliyevin təşəbüssü ilə qoyulan və hal-hazırda onun adını daşıyan Parkda baş tutmuşdur. Gənclərin aktiv iştirakı nəticəsində Parkın ərazisində 10000-dən çox Eldar şamı və xan çinarı əkilmişdir.

 

Gələcəkdə baş verə biləcək təbii və antropogen təsirlərin qarşısını almaq, ərazinin biomüxtəlifliyini qorumaq və ona töhfə vermək məqsədilə təşkil olunan aksiyada könüllülər aktiv iştirak nümayiş etdirməklə digər gənclərə örnək olmağa, onlara ətraf mühitin qorunmasının vacibliyini bu yolla çatdırmağa səy göstərmişlər.

 

Qeyd edək ki, IDEA İctimai Birliyi mütəmadi olaraq bu cür ekoloji aksiyalar təşkil etməklə insanlar arasında ekoloji təbliğat işini gücləndirmək, gənclərin ətraf mühitin qorunması, atmosferin zərərli qazlardan təmizlənməsi işində iştirakını təmin etmək, “Gələcək nəsillər üçün sağlam dünya” ideyasını yaymaq kimi məqsədləri hədəfləyir.

 

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul