02 Dekabr 2013

Daha yaşıl Azərbaycan üçün Gəncə könüllüləri səfərbər oldu

 

 

1000-ə yaxın IDEA Gəncə könüllülərinin iştirak etdiyi aksiya əsası 1979-cu ildə Ulu öndər Heydər Əliyevin təşəbüssü ilə qoyulan və hal-hazırda onun adını daşıyan Parkda baş tutmuşdur. Gənclərin aktiv iştirakı nəticəsində Parkın ərazisində 10 000-dən çox Eldar şamı və xan çinarı əkilmişdir.

 

“Daha yaşıl bir Azərbaycan üçün bizə kömək et!” şüarı altında həyata keçirilən aksiyanın əsas məqsədi ağac əkməklə ekoloji mühitin sağlamlaşdırılmasını sürətləndirmək, gənclər arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin formalaşdırılmasına və inkişafına töhfə vermək, onları bu işə sövq etməklə asudə vaxtlarının səmərəli təşkilini təmin etmək, insanlar arasında ekoloji maarifləndirmə işini həyata keçirərək təbiətə qayğıkeş münasibəti aşılamaqdır.

 

Gələcəkdə baş verə biləcək təbii və antropogen təsirlərin qarşısını almaq, ərazinin biomüxtəlifliyini qorumaq və ona töhfə vermək məqsədilə təşkil olunan aksiyada könüllülər aktiv iştirak nümayiş etdirməklə digər gənclərə örnək olmağa, onlara ətraf mühitin qorunmasının vacibliyini bu yolla çatdırmağa səy göstərmişlər.

 

Qeyd edək ki, IDEA İctimai Birliyi mütəmadi olaraq bu cür ekoloji aksiyalar təşkil etməklə insanlar arasında ekoloji təbliğat işini gücləndirmək, gənclərin ətraf mühitin qorunması, atmosferin zərərli qazlardan təmizlənməsi işində iştirakını təmin etmək, “Gələcək nəsillər üçün sağlam dünya” ideyasını yaymaq kimi məqsədləri hədəfləyir.

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul