Beynəlxalq ekoloji günlərin təqvimi
-
03 Dekabr 2020
Beynəlxalq pestisidlərlə mübarizə günü
1984-cü ildə Bxopal (Hindistan) pestisid zavodunda ekoloji fəlakət baş vermişdir. Təhlükəli kimyəvi preparatlar istifadə edən sənayelərdə bu problemə daha çox diqqət yetirmək üçün Latın Amerikada pestisidlərə qarşı olan aktivlər birliyi 3 dekabrı pestisidlə çirklənməyə qarşı mübarizə günü elan ediblər.
-
11 Dekabr 2020
Beynəlxalq Dağlar Günü
BMT-nin qərarına əsasən 2002-ci il dünyada Beynəlxalq Dağlar ili adlandırılmışdır. Buna uyğun olaraq növbəti illərdə beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırılmışdır.