13 Aprel 2014

Dünyanın enerji sistemləri təcili dəyişdirilməlidir

Berlin – WWF dünya üçün vacib tədbir kimi, davamlı, təhlükəsiz və aşağı karbonlu enerji mənbələrinə böyük investisiyaların qoyulmasını, iqlim dəyişkənliyini azaltmaq üçün BMT-nin elmi hesabatlarını dəstəkləyir.



Müraciətdə qeyd olunur, İqlim Dəyişkənliyi üzrə Hökumətlərarası Panel (İPCC) tərəfindən razılaşdırılmışdır ki, dünya enerji məsələlərinin həllinə 3 və ya 4 dəfə artıq investisiya qoymaq lazımdır. WWF belə düşünür ki, yeni investisiyaların böyük əksəriyyəti bərpa olunan enerji və enerji səmərəliliyininin artırılmasına qoyulmalıdır.



Hesabatda, iqlim dəyişkənliyi təsirlərinin azaldılması xərclərinə sərf olunan məbləğin əvvəlki xərclərlə müqayisədə növbəti illərdə azalacağı qeyd olunur. Hesabatda, həmçinin, iqlim dəyişkənliyinin azaldılmasında təxirə salınan əhəmiyyətli tədbirlərin gələcəkdə aşağı səviyyəli emissiyaların keçid zamanı çətinliklər yaradacağı bildirilir.


WWF IPCC  araşdırma və yeniliklərini özündə qeyd etmiş və bərpa olunan enerji mənbələrinə investisiyaların artması üçün çağırışlar edilmişdir.


WWF Qlobal İqlim və Enerji Təşəbbüsünün lideri Samanta Smit : “İqlim dəyişkənliyi məsələlərinin həllinin təxirə salınması bir çox problemlərə səbəb olur. Dünya enerji sistemlərinin indi dəyişdirməyimiz, qlobal istiləşmənin təhlükəli təsirlərinin qarşısını almaq üçün zəruridir.”


IPCC hesabat emissiyaları aydın göstərir ki, dərhal düzgün tədbirlər görülməlidir, bu tədbirlərin gecikdirilməsi gələcək xərcləri daha da artırır.


Smit qeyd həmçinin edib ki, “Biz tez və daha çox səy göstərməyi lazım bilirik. Təsirin azaldılması səylərinin gecikdirilməsi, dünyanın gələcəkdə davamlı, obyektiv və aşağı emissiyalı enerji sistemlərinə keçidini çətinləşdirir.”


Bu məsələdə WWF-in Qlobal Enerji siyasəti üzrə direktoru Dr Stefan Singer isə qeyd edir ki,  "Bərpa olunan enerji artıq vacib bazar hesab edilə bilər. Alternativ enerji mənbələri olmalıdır və lazımdır, nəticədə növbəti bir neçə onillik ərzində qlobal enerji bazarda tam payını alacaqdır.

Hal-hazırda WWF qlobal kampaniya kimi çalışan Seize Your Power sərmayəçilərini mədən yanacaq növlərini çıxarmağa və bərpa olunan enerjidən istifadə etməyə dəvət edir. WWF IPCC fonunda bərpa olunan enerji mənbələrinə investisiyaların həcminin artacağına inanır.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul