27 Yanvar 2018

Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunmuşdur

27 yanvar tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA Resurs Mərkəzində bu ilin ilk laboratoriya təlimi keçirilmişdir.

 

2018-ci ildə keçiriləcək təlimlərin BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun mövzularda təşkil edilməsi nəzərdə tutulub.

 

IDEA İctimai Birliyinin sıx əməkdaşlıq etdiyi BMT-nin İnkişaf Proqramından müstəqil ekspert Elana Səyidli yanvar laboratoriyasının xüsusi qonağı qismində çıxış edərək BMT-nin Dayanıqlı inkişaf Məqsədləri ilə bağlı uşaqlara təqdimat keçirdi.

 

Təlim zamanı “kiçik ekoloqlar”a iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmağın yolları, qlobal istiləşmənin səbəbləri və nəticələri, istixana effekti və s. haqda geniş məlumat verilmişdir. Həmçinin uşaqlar iqlim dəyişikliyi ilə bağlı Planetimizdə baş verən dəyişiklikləri daha asan qavramaları üçün bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak etmişlər.
 
Yanvar laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, Dayanıqlı İnkişaf Məqsədləri haqqında məlumatlı olmaları, həmçinin iqlim dəyişmələri və buna səbəb olan amillərlə tanış olmaları baxımından əlamətdar olmuşdur.
 
IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul