Tamamlanmış layihələr

"Eko Ev"

Giriş

“Eko Ev” adlı layihəyə IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşkilatçılığı və “Day.az” xəbər portalının dəstəyi ilə start verilib.

Təsvir və Konsepsiya

"Eko ev" layihəsi enerji istehlakını azaldan, tullantıları utilizasiya edən və s. ekoloji amilləri nəzərə alan, ekoloji cəhətdən təmiz evlərin eskizlərinin hazırlanmasını və onların gələcəkdə istifadəsini nəzərdə tutur.

 

Layihə çərçivəsində enerji istehlakını azaldan, tullantıları utilizasiya edən və s. ekoloji amilləri nəzərə alan, ekoloji cəhətdən təmiz evlərin eskizləri hazırlanacaq.

 

Müsabiqə 18-30 yaş arası şəxslər üçün nəzərdə tutulmuşdur. Layihədə iştirak etmək üçün 2014-cü il fevralın 1-dən martın 10-dək idea.day.az saytında qeydiyyatdan keçərək “eko ev” mövzusunda hazırlanmış eskizi (“jpg” formatında) qısa izahı ilə birgə yükləmək lazımdır. Martın 10-dan aprelin 10-dək facebook sosial şəbəkəsində səsvermə yolu ilə 10 ən yaxşı eskiz seçiləcək.  Ən çox səs toplamış 10 eskiz müsabiqənin münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

 

Seçilən ilk üç eskizin müəllifləri müvafiq olaraq 3000, 2000 və 1000 AZN məbləğində pul ilə mükafatlandırılacaqlar. Bundan əlavə, I yerin sahibi ölkə xaricində, ikinci yerin sahibi isə Azərbaycanda fəaliyyət göstərən böyük tikinti şirkətlərindən birində təcrübə keçmək imkanı əldə edəcək.

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul