21 Fevral 2017

Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunmuşdur

18 fevral tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA-nın Resurs Mərkəzində bu ilin növbəti laboratoriya təlimi keçirilmişdir.

 

Fevral laboratoriyası “təbiətə sevgi” mövzusuna həsr olunmuşdur. Mövzuya uyğun olaraq, təlim zamanı “kiçik ekoloqlar”a canlı və cansız təbiət, təbiətin mühafizəsinin əsas prinsipləri, ekosistem, heyvanların təsnifatı və onların nəslinin tükənmə səbəbləri və s. barədə məlumat verilmişdir. Daha sonra uşaqlar Azərbaycanın Qırmızı Kitabı ilə tanış olmuş və ora daxil olan heyvanlar haqqında maraqlı faktlar öyrənmişlər.

 

Təlimin gedişində “kiçik ekoloqlar” bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak etmiş, onların geniş marağına səbəb olan "təbiəti qoruyaq" adlı təcrübə əsnasında Azərbaycanın qoruqları və milli parkları haqqında məlumatlarla tanış olmuşlar.

 

Fevral laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də kiçik yaşlardan təbiəti qorumağın yollarını daha yaxşı qavramaları baxımından əlamətdar olmuşdur.

 

Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim etmişdir.

 

IDEA İctimai Birliyinin Bakı və Gəncə şəhərlərində yerləşən Resurs Mərkəzlərində hər ay təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA ilə (Bakı şəhəri üçün: 012 497-63-16; Gəncə şəhəri üçün: 022 264-01-48 ) əlaqə saxlamaq xahiş olunur.

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul