10 Aprel 2018

Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində aprel ayı təlimi keçirilmişdir

Aprelin 10-da IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində “Yer günü”nə həsr olunmuş təlim keçirilmişdir.

 

Laboratoriya zamanı kiçik ekoloqlara “Yer günü” ilə bağlı geniş məlumat verilmiş, ətraf mühiti qorumağın sirləri, o cümlədən gündəlik həyatda təbiəti qorumaq üçün atılmalı olan vacib addımlar izah edilmişdir. Daha sonra uşaqlar təlimçilərlə birgə “Yer günü”nün rəsmi simvolunu hazırlamış və Yer kürəsi haqda maraqlı faktlar öyrənmişlər.

 

Təlim müddətində Planetimizin heyrətamiz gözəlliyi və onun mühafizəsi ilə bağlı qısametrajlı filmlər nümayiş olunmuşdur. Həmçinin uşaqlar yaşıllıqların qorunması və artırılması ilə bağlı təqdimatı izlədikdən sonra birgə dibçək gülləri əkərək, onlara qulluq göstəriblər. Daha sonra gənc ekoloqlar əyləncəli interaktiv oyunlarda iştirak etmək imkanı əldə etmişlər.

 

Aprel laboratoriyası uşaqlarda ətraf mühitin qorunmasının və onun gələcək nəsilllərə sağlam ötürülməsinin vacibliyi haqqında biliklər qazandırmış, onlarda təbiətə sevgi və qayğı hissinin gücləndirilməsinə töhfə vermişdir.

 

Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim etmişdir.

 

 IDEA İctimai Birliyinin Bakı və Gəncə şəhərlərində yerləşən Resurs Mərkəzlərində hər ay təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA ilə (Bakı şəhəri üçün: 012 497-63-16; Gəncə şəhəri üçün: 022 264-01-48 ) əlaqə saxlamaq xahiş olunur.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul