08 Fevral 2020

“Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim baş tutdu

Fevralın 8-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA Resurs Mərkəzində növbəti laboratoriya təlimi keçirilib.

 

Təlim zamanı “kiçik ekoloqlar”a iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmağın yolları, qlobal istiləşmənin səbəbləri və nəticələri, istixana effekti, karbon qazının səviyyəsi və s. haqda geniş məlumat verilib.

 

Həmçinin, uşaqlar iqlim dəyişikliyi ilə bağlı Planetimizdə baş verən dəyişiklikləri daha asan qavramaları üçün bir sıra laboratoriya sınaqlarının və eksperimentlərin keçirilməsində iştirak ediblər. Təlimin sonunda uşaqlar kağızdan əl izlərini kəsib açıqça hazırlayaraq, oraya planetimizi və vəhşi təbiəti qorumaqla bağlı arzu və vədlərini qeyd ediblər.

 

Fevral laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, Dayanıqlı İnkişaf Məqsədləri haqqında məlumatlı olmaları, həmçinin iqlim dəyişmələri və buna səbəb olan amillərlə tanış olmaları baxımından əlamətdar olub.

 

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul