16 Fevral 2016

Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunmuşdur

13 fevral tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA-nın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində növbəti laboratoriya təlimi keçirilmişdir.

 

Fevral laboratoriyası “təbiətə sevgi” mövzusuna həsr olunmuşdur və buna uyğun olaraq, təlim zamanı “kiçik ekoloqlar”a vəhşi təbiət, ekosistem, heyvanların təsnifatı, heyvanların nəslinin tükənməsi, qida zənciri və s. barədə geniş məlumat verilmiş, onlara heyvanlar barədə maraqlı faktlar izah olunmuşdur.

 

Təlimin gedişində uşaqlar, həmçinin əyani şəkildə dovşan, tutuquşu, tısbağa, dəniz donuzcuğu kimi heyvanlarla tanış olmuş, onları yemləmək və qayğılarına qalmaq imkanı əldə etmişdirlər.

 

Fevral laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də kiçik yaşlardan təbiəti daha yaxşı qavramaları, heyvanlara daha qayğıkeş münasibət bəsləmələri baxımından əlamətdar olmuşdur.

 

Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim etmişdir.

 

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul