Tamamlanmış layihələr

Gənc ekoloqların beynəlxalq düşərgəsi

Giriş

2011-ci ilin noyabr ayında Azərbaycanın ən gözəl güşələrindən biri olan Qəbələdə 35 ölkədən 80-dən artıq ekoloqun qatıldığı gənc ekoloqların beynəlxalq düşərgəsi keçirilmişdir.

Təsvir və Konsepsiya

Gənc ekoloqların beynəlxalq düşərgəsi 2011-ci ilin noyabr ayında Azərbaycanın Qəbələ şəhərində baş tutmuşdur.

2011-ci ilin noyabr ayında Azərbaycanın ən gözəl güşələrindən biri olan Qəbələdə 35 ölkədən 80-dən artıq ekoloqun qatıldığı gənc ekoloqların beynəlxalq düşərgəsi keçirilmişdir.  

 

Üç gün davam edən gənclər düşərgəsi açılış mərasimi ilə başlayıb, üç müxtəlif mövzudakı seminarlarla davam edib. 

 

Düşərgənin yekunu olaraq "Qəbələ Bəyannaməsini" qəbul edən iştirakçılar insanları ekoloji problemlərin həlli istiqamətində məsuliyyətli davranmağa və ətraf mühitin qayğısına qalmağa çağırıb.

 

Düşərgənin keçirilməsinin əsas məqsədi gənc ekoloqların təmsil etdikləri regionların ictimai həyatında fəal iştirakını təmin etmək, öz icmalarındakı rolunu gücləndirmək, onları ekoloji maarifləndirmə prosesini həyata keçirmək üçün səfir olmağa təşviq etmək, o cümlədən, açıq dialoq vasitəsilə ekoloji tədqiqatlar sahəsində müstəqil gənc ekspertlərdən ibarət yeni nəsil yetişdirməkdir.

 

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul