Tamamlanmış layihələr

Gəncədə eko-velosiped layihəsi

Giriş

IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi paytaxtımızla yanaşı digər regionlarda da müntəzəm olaraq ekoloji layihələr həyata keçirir. Layihələrin həyata keçirildiyi hədəf şəhərlərdən biri də Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədir.

Təsvir və Konsepsiya

Azərbaycanın ikinci böyük şəhərində həyata keçirilən layihə özündə insanların yaşıl nəqliyyat vasitələrindən istifadəyə cəlb olunmasını əks etdirir.

IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi paytaxtımızla yanaşı digər regionlarda da müntəzəm olaraq ekoloji layihələr həyata keçirir. Layihələrin həyata keçirildiyi hədəf şəhərlərdən biri də Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədir. Azərbaycanın ən qədim şəhərlərindən biri olan Gəncə, həmçinin gənclər şəhəridir. Şəhər 2013-cü ilin noyabr ayında 2016-cı ilin Avropa Gənclər Mərkəzi elan edilmişdir.

 

Cənubi Qafqazdakı  Heydər Əliyev adına ən böyük park bu şəhərdə salınmışdır. Parkın girişi IDEA İctimai Birliyi tərəfindən "Sevgi təbiəti gözəlləşdirir" şüarı olan xüsusi ağaclarla bəzədilib. Parkın mərkəzində IDEA İctimai Birliyi "ətraf mühit üçün birləşək" şüarını və  insan fiqurlarını ifadə edən ağaclar əkilmişdir. IDEA parkdakı bir çox ağaca köçəri quşlar üçün quş sığınacaqları yerləşdirmişdir. Bundan əlavə, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən parkın ərazisində əkilmək üçün bəzi nadir ağac növləri hədiyyə edilmişdir.

 

Bundan əlavə, Gəncənin mərkəz hissələrində insanları ərazini təmiz saxlamağa, tullantıların azaldılması, təkrar istifadə və çeşidləməyə çağıran etiketlerin yapışdırıldığı zibil qutuları yerləşdirmişdir. IDEA-nın Gəncə şəhərində həyata keçirdiyi toplu layihələr çərçivəsində şəhərdə Azərbaycanda ilk dəfə olaraq velosiped yolu salınmışdır. Layihənin əsas məqsədi insanları ətraf mühitə zərər verməyən nəqliyyat vasitələrindən istifadəyə dəvət etmək, atmosferin çirklənməsinin qarşısını almağa birgə səy göstərməkdir. Bütün bunlarla yanaşı, IDEA İctimai Birliyi yaxın zamanda Gəncə yerləşən Heydər Əliyev Mərkəzində IDEA Resurs Mərkəzi açmağa planlaşdırır. Mərkəzin açılışı 2014-cü ilin əvvəli üçün nəzərdə tutulub.

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul