23 Dekabr 2013

Gəncə ASAN xidmət mərkəzində IDEA-nın ekoloji lövhələri quraşdırılıb

 

Heydər Əliyev Fondunun vitse-prezidenti  Leyla Əliyevanın rəhbəri olduğu IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi Gəncədə yeni açılan ASAN xidmət mərkəzində maarifləndirici lövhələr quraşdırıb. Bu lövhələr gündəlik həyatda insanları ekoloji problemlərə qarşı 10 mübarizə üsulundan istifadə etməyə səsləyir. Bura gündəlik fəaliyyətdə kağıza, suya, elektrik enerjisinə qənaət də daxildir. 

 

ASAN xidmət mərkəzində quraşdırılmış lövhələr Gəncə şəhərinin rəmzlərindən biri hesab olunan Şərq çinarı formasındadır.

 

Ekoloji maarifləndirməyə xidmət edən layihə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə IDEA İctimai Birliyinin əməkdaşlığı çərçivəsində baş tutub.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul