Tamamlanmış layihələr

"IDEA yaşıl Azərbaycan naminə" layihəsi

Giriş

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası ölkə miqyasında növbəti ekoloji maarifləndirmə layihəsinə start vermişdir.

Təsvir və Konsepsiya

Layihənin əsas məqsədi - şagirdləri ekoloji məsələlər haqda maarifləndirmək, onların bu sahə üzrə nəzəri biliklərini gücləndirmək, gələcək fəaliyyətlərində onların təbiətə dost yanaşmalarını təmin etmək, həmçinin IDEA kampaniyasının regionlarda dayanaqlı olaraq ətraf mühit sahəsində “yaşıl könüllülər” komandasını inkişaf etdirməkdir.

 

24 sentyabr tarixində, saat 12:00-da IDEA beynəlxalq kampaniyası tərəfindən həyata keçirilən “Yaşıl Azərbaycan naminə” layihəsinin iştirakçıları Qız Qalasının yaxınlığında bir araya gələrək rəmzi olaraq xüsusi hazırlanmış “yaşıl avtobus”-ların Azərbaycanın rayon və şəhərlərinə yolasalma mərasimini keçirmişlər. Layihə ərzində Azərbaycanın müxtəlif bölgələrinin və şəhərlərinin orta məktəb şagirdləri üçün maarifləndirici seminarlarda çalışacaq “yaşıl təlimçilər” məhz “yaşıl avtobus”-lar vasitəsilə regionlara çatdırılmışlar. Onlar könüllü şəkildə təlimçi kimi orta məktəb şagirdləri ilə çalışmışlar.

Layihənin əsas məqsədi - şagirdləri ekoloji məsələlər haqda maarifləndirmək, onların bu sahə üzrə nəzəri biliklərini gücləndirmək, gələcək fəaliyyətlərində onların təbiətə dost yanaşmalarını təmin etmək, həmçinin IDEA kampaniyasının regionlarda dayanaqlı olaraq ətraf mühit sahəsində “yaşıl könüllülər” komandasını inkişaf etdirməkdir.

Qeyd edək ki, ekoloji seminarlar sentyabr - oktyabr aylarında ardıcıl olaraq ölkənin 20 şəhərində baş tutmuşdur.

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul