07 Aprel 2013

IDEA kampaniyasının dəstəyi ilə Bakıda ''İnepo - Avrasiya'' beynəlxalq layihə olimpiadası keçirilmişdir

Aprelin 5-də Bakıda ARDNŞ, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Beynəlxalq Təhsil Mərkəzi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə 7-ci “İnepo-Avrasiya” – Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası keçirilmişdir. Olimpiadada Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA kampaniyasının təsisçisi Leyla Əliyeva iştirak etmişdir.

 

Artıq iki ilə yaxındır ki, xanım Leyla Əliyevanın təsis etdiyi IDEA kampaniyası milyonlarca gənci bir məqsəd, bir ideya ətrafında birləşdirərək ekoloji mədəniyyətin yüksəldilməsinə, ətraf mühitin qorunmasına yönəldilmiş kompleks tədbirlər həyata keçirir.

 

Qısa müddət ərzində bu dialoq həm ölkəmizdə, həm də ölkəmizdən kənarda böyük rəğbət qazanmış, müasir gəncliyin həvəslə qatıldığı beynəlxalq hərəkata çevrilmişdir.

 

Gənclər arasında yaşıl düşüncə və yaşıl davranışın təbliği, nəsli kəsilməkdə olan “Qafqaz beşliyi”nə ictimaiyyətin diqqətinin cəlb edilməsi, gənclər arasında geniş ekoloji maarifləndirmə işinə, onların praktiki və ekoloji biliklərinin artırılmasına böyük təkan vermişdir. Xanım Leyla Əliyevanın Məktəblilərin Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası “İNEPO-AVRASİYA”nın keçirilməsinə verdiyi dəstək çox böyük önəm daşıyır.

Qeyd edək ki, bu il layihədə 45 ölkədən məktəblilər iştirak edir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul