Beynəlxalq ekoloji günlərin təqvimi
-
-
04 İyul 2020
Beynəlxalq Əsir Delfinlər Günü
Delfinlərin əhliləşdirilməsinə 8 ay vaxt lazım olur. Bu ağıllı heyvan insanı çox tez başa düşmək qabiliyyətinə malikdir. Hovuzlarda bəslənən delfinlər az bir zamanda nimçədən səliqə ilə balıq götürüb yeməyi, yanan şamı söndürməyi, voleybol oynamağı öyrənirlər.
-
11 İyul 2020
Ümumdünya Əhali Günü
İyulun 11-i Ümumdünya Əhali günüdür. Bu əlamətdar günü 1989-cu ildə BMT-nin əhali problemlərinin həllinə yardım göstərən ən iri beynəlxalq təşkilatı olan Əhali Fondu təsis edib və ilk dəfə 1990-cı ildə 90-dan artıq ölkə tərəfindən qeyd edilib.