30 İyun 2016

Uşaqlar üçün növbəti laboratoriya təlimi təşkil olunmuşdur

28 iyun tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə layihəsi olan “Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 6-11 yaşlarında olan uşaqlar üçün “yaşıl şəhər”, tullantılar və onların təkrar istifadəsi mövzusuna həsr olunmuş növbəti təlim keçirilmişdir.

 

Təlim zamanı uşaqlara avtomobillərin ətraf mühitə zərəri və ekoloji təmiz nəqliyyat vasitələri, o cümlədən velosipeddən istifadənin üstünlükləri izah edilmişdir. Bununla yanaşı, dünyanın ekoloji cəhətdən təmiz və çirkli şəhərləri barədə geniş məlumatlar verilmişdir. “Kiçik ekoloqlar” ətraf mühitin təmiz saxlanması naminə tullantıların azaldılması, təkrar istifadəsi, həmçinin “davamlı şəhərin” qurulması yolları ilə də yaxından tanış olmuşlar.

 

Bundan əlavə, gənc təbiətsevərlər əyləncəli bilik yarışmalarında və müxtəlif müsabiqələrdə, bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak etmiş, tullantıların təkrar emal prosesini müşahidə etmiş və tullantılardan incəsənət nümunələri hazırlamışlar.

 

IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan sayca altıncı təlim olan iyun laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də “davamlı şəhər” anlayışını erkən yaşlarından qavramaları baxımından faydalı olmuşdur.

 

“Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində keçiriləcək növbəti təlimlər barədə məlumat mətbuatda, IDEA İB-nin rəsmi internet səhifəsi və sosial şəbəkələrdəki səhifələrində yerləşdiriləcək.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul