25 Yanvar 2017

Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunmuşdur

24 yanvar tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA-nın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində bu ilin ilk laboratoriya təlimi keçirilmişdir.

 

 Yanvar laboratoriyası qütb dairəsi və onun təbiəti mövzusuna həsr olunmuşdur. Buna uyğun olaraq, təlim zamanı “kiçik ekoloqlar”a Şimal və Cənub qütbü, onların təbiəti və iqlimi, qütb heyvanları, Antraktidanın coğrafiyası və s. izah olunmuşdur.

 

Təlimin gedişində uşaqlar mövzu ilə bağlı bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak etmiş, xüsusilə də onların geniş marağına səbəb olan "stəkanda göy qurşağı" adlı təcrübə əsnasında şimal şəfəqinin prototipini yaradaraq maraqlı məlumatlar əldə etmişlər.

 

Yanvar laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, Şimal qütbü və Antarktidadakı buzlaqların əriməsi və buna səbəb olan amillərlə tanış olmaları baxımından əlamətdar olmuşdur.

 

 Artıq 3 ildir ki, uğurla davam edən “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsinin növbəti təlimində, ənənəyə uyğun olaraq, IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim etmişdir.

 

  IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul