IDEA-nın Layihələri:


  • "Yaşıllıqların artırılması və keyfiyyətinin yaxşılaşdırılması" proqramı

    Yaz əkin mövsümü ilə əlaqədar, IDEA İctimai Birliyi Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə birgə paytaxt ərazisində yaşıllıqların artırılması və keyfiyyətinin yaxşılaşdırılması proqramı çərçivəsində davamlı ağacəkmə aksiyalarına başlamışdır. Ətraflı oxu

  • “Ətraf mühiti birgə qoruyaq” ekoloji tədris proqramı

    Artıq uzun müddətdir gənclərin həm peşəkar, həm də həvəskar səviyyədə ekoloji maarifləndirilməsi üzrə mütəmadi layihələr həyata keçirən IDEA İctimai Birliyi və Təhsil Nazirliyi bu ilin fevral ayından etibarən məktəblilər üçün “Ətraf mühiti birgə qoruyaq” mövzusunda ekoloji tədris proqramına başlamışdır. Ətraflı oxu

  • IDEA “Yaşıl söhbət klubu”

    Gənclərin ekoloji məsələlərə cəlb edilməsi və onların ətraf mühitin mühafizəsinə töhfə vermələri, ekoloji problemlərlə mübarizəyə qoşulmaları naminə irimiqyaslı layihələr həyata keçirən IDEA İctimai Birliyi “Yaşıl söhbət klubu” (Green Conversation Club) layihəsi çərçivəsində görüşlərə davam edir. Ətraflı oxu

  • Elmi mövzularda seminar və məşğələlər

    IDEA mütəmadi olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan gənclərin ekoloji biliklərini artırmaq, vacib ekoloji mövzulara mütəxəssis yanaşmasını müşahidə etmələrinə kömək etmək məqsədilə hər ay təlimlər, seminarlar, ekoloji mövzulu filmlər və s. təşkil edir. Ətraflı oxu

  • "Uşaqlar üçün ekoloji laboratoriya"

    IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatı arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində, IDEA və "Sevimli bala" 2015-ci ilin yanvar ayından etibarən 6-11 yaşlı uşaqlar üçün ətraf mühit üzrə maarifləndirmə xarakterli silsilə tədbirlərdən ibarət olan "Uşaqlar üçün ekoloji laboratoriya" adlı birgə layihəyə start vermişdir. Ətraflı oxu

  • “Ağacların kəsilməsinə yox!” proqramı

    "Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir. Ətraflı oxu

  • “Hər kağızı bir yarpağa dəyişək"

    IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Respublika səviyyəsində kağız məmulatlarının toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə 18 mart tarixindən etibarən start verilmişdir. Ətraflı oxu

Bİzə qoşul