Beynəlxalq ekoloji günlərin təqvimi
-
-
03 Mart 2020
Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Günü
20 dekabr 2013-cü il tarixində BMT Baş Assambleyasının altmış səkkizinci sessiyasında 3 mart tarixinin Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Günü kimi elan olunmasına və bununla da dünyanın vəhşi fauna və florası ilə bağlı maarifləndirilmənin gücləndirilməsinə qərar verildi.
-
-
22 Mart 2020
Ümumdünya Su Günü
BMT-nin Baş Assambleyası 22 dekabr 1992-ci il tarixli, 47/193 nömrəli qətnaməyə əsasən 22 mart tarixini “Ümumdünya su resursları günü” elan etmişdir.
-
-
25 Mart 2020
Yer saatı
“Yer saatı” kampaniyası Planetimiz üçün müsbət dəyişikliklər etmək məqsədilə yüz milyonlarla insanı ətrafına cəm edən qlobal ekoloji hərəkatdır. Kampaniyanın əsas hədəfi kütlənin gücündən yararlanaraq ətraf mühitə töhfə verməkdən ibarətdir.