Tamamlanmış layihələr

"Məhəbbət ağacı" layihəsi

Giriş

"Məhəbbət ağacı" layihəsi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi, "YARAT" Müasir İncəsənət Məkanı və "Baku" jurnalının birgə layihəsidir.

Təsvir və Konsepsiya

"Məhəbbət ağacı" layihəsinin özəlliyi layihə çərçivəsində hazırlanmış "ağacın" istifadə olunmuş metal konstruksiyadan ibarət olmasıdır.

 

"Məhəbbət ağacı" layihəsi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi, "YARAT" Müasir İncəsənət Məkanı və "Baku" jurnalının birgə layihəsidir. Sözü gedən ağac istifadə olunmuş metal məhsullarından hazırlanmış, üzərinə istifadə olunmuş qıfıllar vurulmuşdur.

 

Belə bir inanc vardır ki, üzərində sevgililərin adlarının baş hərfi yazılmış qıfılı körpünün sürahilərinə bağladıqda uğur gətirərək səadət vəd edir. Ənənəyə uyğun olaraq, dünyanın əksər ölkələrində gənclər park və bağlarda ağacların budaqlarına lent bağlayır, üzərində təsirli sözlər yazılmış suvenirlər asırlar.

 

"Məhəbbət ağacı" layihəsinin təqdimatı fevralın 14-də Dənizkənarı Milli Parkda olmuşdur. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva iştirak etmişdir.

 

Bakının Milli Parkındakı metal konstruksiyalı "Məhəbbət ağacı" onun budaqlarında öz duyğularının möhkəmliyinin sübutunu qoyub getmək istəyən sevən cütlüklərin və sevgililərin daha çox üz tutduqları məkanın - Dənizkənarı Bulvarın daimi bəzəyi olacaqdır.

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul