24 Oktyabr 2016

“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir

22 oktyabr tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA-nın Resurs Mərkəzində növbəti təlim keçirilmişdir.

 

“Ümumdünya Ərzaq Günü”nə təsadüf edən oktyabr təlimi ekoloji təmiz və sağlam qidaya həsr olunmuşdur.      

    

Təlim zamanı uşaqlara sağlam qida vərdişləri və təbii məhsulların xeyri barədə məlumat verilmiş, həmçinin ərzaqların ekoloji cəhətdən təmiz olduğunu necə müəyyən edilməsi izah olunmuşdur. Praktiki məşğələ zamanı sağlam və orqanik qida məhsullarının becərilməsi, zərərvericilərlə mübarizə, bitkilərə gübrə verilməsi, onların suvarılması və s. nümayiş olunmuşdur.

 

IDEA İctimai Birliyinin sıx əməkdaşlıq etdiyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ölkəmizdəki nümayəndəliyindən milli məsləhətçi Vüqar Bəşirov oktyabr laboratoriyasının xüsusi qonağı qismində çıxış edərək uşaqlara mövzu ilə bağlı geniş təqdimat keçirmişdir.

 

Oktyabr laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də ekoloji cəhətdən təmiz qidanın insan sağlamlığı üçün əhəmiyyətini kiçik yaşlardan dərk etmələri baxımından mühüm töhfə vermişdir.

 

Təlimin sonunda IDEA İctimai Birliyi, FAO Azərbaycan nümayəndəliyi və “Sevimli Bala” təşkilatı tərəfindən iştirakçılara xatirə hədiyyələri təqdim edilmişdir.

 

 IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul