15 Mart 2022

Paltar ianə qutuları yenidən ixtiyarınızdadır!

IDEA istifadə edilməyən və ya istənilməyən paltar və ayaqqabıların toplanması prosesinə yenidən başladıq! Lazımsız və istifadəyə yararlı olan geyim əşyalarınızı tullamaq əvəzinə bu qutulara yerləşdirməyinizi xahiş edirik. Paltarlarınıza ikinci ömür verməklə siz həm insanlara öz yardım əlinizi uzatmış, həm də təbiətə vurulan zərəri azaltmış olursunuz.

Qutuların yerləşdiyi ünvanlar:
📍 “Bravo” hipermarket – Koroğlu m/s yaxınlığı
📍 “Bravo” hipermarket – 20 Yanvar m/s yaxınlığı
📍 “Bravo” hipermarket – Əhmədli qəsəbəsi (köhnə Radiozavod)
📍 “Bravo” superstor – Babək prospekti, Xətai m/s yaxınlığı
📍 “SOCAR Petroleum” yanacaqdoldurma məntəqəsi - Babək prospekti

 

Xahiş edirik, ianə etdiyiniz geyimlərin qutulara atılmadan öncə təmiz olmasına diqqət edin, qutulara kənar əşyalar və zibil atmayın. Hər birinizdən dünyadakı ən böyük çirklənmə mənbələrindən biri hesab edilən geyimlərlə ətraf mühitə vurulan zərəri azaltmaq üçün bizə dəstək olmağa və öz istifadəsiz paltarlarınızı ehtiyacı olanlarla bölüşməyə çağırırıq.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul