ETSN və IDEA İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Xəzər: ətraf mühit üçün texnologiyalar” 5-ci Beynəlxalq ətraf mühit sərgisi işə başlayıb. Azərbaycanda və xaricdə ətraf mühit sahəsində fəaliyyət göstərən 100-ə yaxın təşkilatın iştirak etdiyi sərgidə IDEA-nın fəaliyyəti, onun həyata keçirdiyi layihələr haqda iştirakçılara və ziyarətçilərə ətraflı məlumat verilib.