Goranboy, Samux, Qax və Şəki rayonlarından 70-dən çox məktəblinin iştirak etdiyi düşərgə 6-8 iyul tarixlərində Göygöl rayonunda təşkil edilmişdir. “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsinin əsas məqsədi ceyranların reintroduksiya edildiyi ərazilərdə yaşayan gənc nəsli bu növ barədə maarifləndirmək olmuşdur.