07 May 2018

Qaradağ rayonunda ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Mayın 7-də Bakının Qaradağ rayonunda IDEA İctimai Birliyi və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib.

 

Könüllülərin iştirakı ilə keçirilən aksiya zamanı Salyan şossesinin 19-cu kilometrində yerləşən boş ərazidə 300 ədəd Eldar şamı, eləcə də çoxsaylı gül kolları əkilib.

 

Azərbaycanda ekologiyanın qorunması ilə bağlı ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ənənənin davamı olaraq, bu gün ölkəmizdə ətraf mühitin daim sağlamlaşdırılması, o cümlədən mövcud yaşıllıq sahələrinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

 

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanda yaşıllıqların qorunması və genişləndirilməsi üzrə çoxsaylı layihələr həyata keçirilib, IDEA könüllülərinin dəstəyi ilə ölkə ərazisində 5 milyondan çox ağac əkilmiş və yüzlərlə qanunsuz ağac kəsintisi cəhdinin qarşısı alınıb.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul