Tamamlanmış layihələr

"Quşlar üçün sığınacaq dizaynı" müsabiqəsi

Giriş

Müasir dünyada baş verən antropogen proseslər nəticəsində planetimizdə yaranan qlobal ekoloji problemlərin sürətlə artması ekosistemlərin deqradasiyaya uğramasına, bitki və heyvanat növlərinin məhv olmasına səbəb olmaqdadır.

Təsvir və Konsepsiya

"Quşlar üçün sığınacaq dizaynı" köçəri quşların mühafizəsində ictimaiyyətin rolunu artırmaq və insanların təbiətə xüsusi qayğıkeş münasibətini formalaşdırmaq məqsədi ilə həyata keçirilmişdir.

Müasir dünyada baş verən antropogen proseslər nəticəsində planetimizdə yaranan qlobal ekoloji problemlərin sürətlə artması ekosistemlərin deqradasiyaya uğramasına, bitki və heyvanat növlərinin məhv olmasına səbəb olmaqdadır.

 

Bioloji müxtəlifliyin belə sürətlə azalması təbiətin bütün komponentləri kimi quş növlərindən də yan keçmir.

 

IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası köçəri quşların mühafizəsində ictimaiyyətin rolunu artırmaq və insanların təbiətə xüsusi qayğıkeş münasibətini formalaşdırmaq məqsədi ilə 2012-ci ilin may ayında Beynəlxalq köçəri quşlar günü münasibətilə "Quşlar üçün sığınacaq dizaynı" adı altında müsabiqə elan etmişdir. 

 

Müsabiqə 2013-cü ilə qədər davam etmişdir. Müsabiqəyə 100-dən artıq iş təqdim edilmişdir. 

 

"Quş sığınacağı dizaynı” müsabiqəsinin qalib eskizinə uyğun hazırlanmış quş sığınacaqları 2013-cü ildə Bişkek, Moskva, Minsk, Bakı şəhərləri, eləcə də Azərbaycanın bir sıra regionlarında quraşdırılmışdır.

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul