Tamamlanmış layihələr

Sahilyanı təmizlik aksiyası

Giriş

Təmizlik aksiyası 7 sentyabr 2013-cü il tarixində hər il dünyada qeyd olunan “Beynəlxalq Təmizlik Həftəsi” ilə əlaqədar IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası tərəfindən Nardaran çimərliyi ərazisində təşkil edilib.

Təsvir və Konsepsiya

Hər il “Beynəlxalq Təmizlik Həftəsi”-də keçirilən təmizlik aksiyası gənclərin iştirakı ilə ətraf mühitə töhfə vermək məqsədi daşıyır. Aksiya zamanı yüzlərlə kiloqram tullantı sahilyanı ərazilərdən təmizlənərək təkrar emala göndərilir.

 

Təmizlik aksiyası 7 sentyabr 2013-cü il tarixində hər il dünyada qeyd olunan “Beynəlxalq Təmizlik Həftəsi” ilə əlaqədar IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası tərəfindən Nardaran çimərliyi ərazisində təşkil edilib. Layihə “Təmizlik həftəsində hamı təbiət üçün” şüarı altında baş tutub.

 

Aksiya çimərlik ərazisindəki tullantıların toplanması və onların faydalı şəkildə istifadəsi üçün təkrar emala göndərilməsi, habelə gəncləri təbiətin təmiz saxlanılmasına cəlb olunmaları məqsədi ilə həyata keçirilib.

 

Ümumilikdə, aksiyaya 100-dən çox gənc cəlb olunub. Aksiya zamanı gigiyenik qaydalara əməl etmək məqsədilə iştirakçılara xüsusi əl geyimləri paylanılıb. Toplanılan materiallar qida və qeyri-qida tullantılarına ayırılaraq çeşidlənib. Toplanmış tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna nəql edilib və burada təkrar çeşidlənib. 

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul