05 Mart 2018

Leyla Əliyevanın təşəbbüsü ilə idman meydançası istifadəyə verildi

5 mart - Bədən tərbiyəsi və idman günü münasibəti ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dənizkənarı Milli Parkın yeni bulvar hissəsində açıq havada qurulmuş idman meydançasının rəsmi açılışı olmuşdur.

 

Açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

 

Sözügedən idman meydançası IDEA İctimai Birliyi və CAVAN Gənclər Hərəkatının birgə həyata keçirdiyi Street Workout layihəsi çərçivəsində qurulmuş ilk meydançadır.

 

Street Workout idman növünün xüsusi standartlarını nəzərə alaraq, bu meydançada idmançılar və fiziki imkanları məhdud olan soydaşlarımızın rahat məşq edə bilmələri üçün lazimi şərait yaradılmışdır.

 

Açılış mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu kimi layihələrin sağlam nəslin yetirşdirilməsində əhəmiyyətini vurğuladılar. Tədbirə qatılan Azərbaycanın olimpiya, dünya və Avropa çempionları sözügedən təşəbbüsü yüksək giymətləndirərək, Leyla Əliyevaya bütün idmansevərlər adından dərin təşəkkürünü bildirdilər.

 

Qeyd edilməlidir ki, Leyla Əliyevanın Azərbaycanda bu layihəni ərsəyə gətirməkdə əsas məqsədi sağlam həyat tərzini təşviq etməklə ölkəmizdə aparılan idman siyasətinə dəstək verməkdən ibarətdir. Ümumiyyətlə, gənclərin mənəvi və fiziki baxımdan sağlam yetişdirilməsi ətraf mühitin mühafizəsi və davamlı inkişafın təşviqi ilə məşğul olan IDEA İctimai Birliyinin prioritet sahələrindən biridir.

 

Paytaxtımızın incisi olan dənizkənarı bulvarda şəhər sakinləri və şəhərimizin qonaqlarına xidmət edəcək bu idman meydançası dünyada populyar olan və sürətlə inkişaf edən Street Workout (küçə məşqi) idman istiqamətinə aiddir.

 

Gələcəkdə ölkəmizin digər yerlərində də oxşar meydançalarının inşa edilməsi nəzərdə tutulur.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul