19 Mart 2018

Uşaqlar üçün ekoloji laboratoriya - mart təlimi

Martın 17-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA Resurs Mərkəzində növbəti laboratoriya təlimi keçirilmişdir.

 

Baharın gəlişi və Novruz bayramı ərəfəsində təşkil olunmuş təlimin mövzusu BMT-nin 15-ci Dayanıqlı İnkişaf Məqsədi olan torpaq ekosisteminin mühafizəsinə, həmçinin təbiətin oyanması, bitkilərin çiçək açması, heyvanlar aləmində müşahidə olunan canlanma və yaz fəslinə xas olan digər təbiət hadisələrinə həsr olunmuşdur.

 

Təlim zamanı uşaqlara canlı təbiətdə meşələr və onların rolu, meşələrin məhvi və ağacların kəsilməsinin təbiətə mənfi təsirləri, yerüstü ekosistemlərin qorunması, bərpa edilərək istifadəsi yolları izah edilmişdir.

 

“Kiçik ekoloqlar”, plastik butulkalardan quşyuvaları hazırlamış, bitki toxumlarının düzgün əkilməsi ilə bağlı, həmçinin Novruz ənənələrini əks etdirən bir sıra eksperimentlərdə iştirak etmişlər. “Eko laboratoriya”nın iştirakçılarına BMT-nin Dayanıqlı inkişaf Məqsədlərini daha sadə və əyləncəli yolla izah etmək, daha rahat qavramalarına kömək etmək üçün xüsusi rəngləmə  vərəqləri paylanıb.

 

Mart laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, Dayanıqlı İnkişaf Məqsədləri haqqında məlumatlı olmaları, torpaq ekosisteminin mühafizəsində insanların rolunu və əhəmiyyətini dərk etmələri baxımından əlamətdar olmuşdur.
 
IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul