19 Fevral 2022

"Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində fevral ayı təlimi keçirilmişdir

Erkən yaşlardan ətraf mühitə qarşı məsuliyyət hissini formalaşdırmaq məqsədi ilə IDEA və Sevimli Bala klubu tərəfindən keçirilən “Uşaqlar üçün ekoloji laboratoriya” proqramı çərçivəsində uşaqların maarifləndirilməsi uğurla davam etdirilir. Fevral ayının eko laboratoriya təlimi “Ümid işığında” ictimai birliyinin xüsusi qayğıya ehtiyacı və əlilliyi olan uşaqları üçün keçirilib. Ətraf mühitin çirklənməsi mövzusuna həsr edilmiş təlim zamanı nəzəri və praktiki maarifləndirmə işləri görülüb, həmçinin infiltrasiya prosesi və çirklənmə nəticəsində qrunt sularının necə çirkləndiyini və içmək üçün təhlükəli olduğunu öyrətmək məqsədilə su filtrinin hazırlanması kimi müxtəlif laboratoriya təcrübələri nümayiş etdirilib.

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul