28 Aprel 2016

Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva FAO-nun rəsmiləri ilə görüşüb

Aprelin 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən FAO-nun aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Mario Lubetkin və təşkilatın tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak ilə görüşüb.

Görüşdə paytaxtımızda təşkil olunan Forumun ideya və məqsədlərinin müasir dövrdə böyük əhəmiyyət daşıdığı qeyd edilib, tədbir çərçivəsində aprelin 25-də keçirilən Gənclər Forumunda da qaldırılan məsələlərin və səslənən fikirlərin önəmi vurğulanıb. Leyla Əliyeva ətraf mühitin qorunması ilə bağlı fikirlərini bildirib.

Söhbət zamanı, həmçinin dünyada aclıqla mübarizə, Xəzərdə nərə balığının artırılması və məktəblərdə düzgün qidalanma kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul