Tamamlanmış layihələr

Yaşıl söhbət klubu

Giriş

Gənclər arasında ətraf mühitin mühafizəsi ilə bağlı irimiqyaslı layihələr həyata keçirən IDEA kampaniyası "Green Conversation Club" (Yaşıl söhbət klubu) layihəsinə 2012-ci ilin iyun ayından etibarən start vermişdir.

Təsvir və Konsepsiya

Gənclər arasında ətraf mühitin mühafizəsi ilə bağlı irimiqyaslı layihələr həyata keçirən IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) kampaniyası "Green Conversation Club" (Yaşıl söhbət klubu) layihəsinə 2012-ci ilin iyun ayından etibarən start vermişdir.

Layihənin əsas məqsədi bu sahədə maraqlı olan gənclərin ətraf mühitlə bağlı biliklərini təkmilləşdirməklə yanaşı, onların xarici dil (ingilis dili) səviyyəsinin inkişafına da öz töhfəsini verməkdir.

"Green Conversation Club"un görüşləri hər həftə IDEA kampaniyasının Resurs Mərkəzində təşkil olunur. Klubun əsas mövzuları ətraf mühit problemləri və bu problemlərin həllində gənclərin rolu, dayanıqlı inkişaf, yaşıl iqtisadiyyat və digər yaşıl məsələləri əhatə edir. Söhbətlər yerli və xarici ekspertlər tərəfindən, ingilis dilində aparılır.

Layihədə Bakı şəhərinin müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələr də iştirak edirlər.

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul