Təsisçinin müraciəti

Bütün dünyada gənclər ətraf mühit problemlərinin aradan qaldırılması yollarını axtarırlar. Həyatımızı təmin edən təbiət ilə harmoniyada olan bir gələcək yaratmaq imkanı öz əlimizdədir.

 

Biz beynəlxalq səviyyədə fəalliyət göstəririk, çünki ətraf mühit heç bir sərhəd tanımır. Biz hamımız bu işdə birik, qarşıda duran çətin məsələlərin öhdəsindən gəlmək və əla fürsətlər əldə edə bilmək üçün birlikdə çalışmalıyıq.

 

Biz dialoq qurmağa önəm veririk, çünki öyrənməli çox şey var və sağlam dialoq üzərində qurulan əlaqələr həmrəyliyin əsasını təşkil edir. Biz hər şeydən daha çox ətraf mühitin qayğısına qalırıq.

 

Biz fəaliyyətimizdə qətiyyətliyik. Hər kəsi birgə fəaliyyətə çağırırıq, gənclərin bu sahədə praktik addımları bəşəriyyətin ekoloji problemlərinin həllini təmin edə bilər.

 

 

 


Biz BİR DÜNYA, BİR GƏLƏCƏK naminə öhdəmizə düşən məsuliyyəti öz üzərimizə götürürük!

IDEA-ya xoş gəlmisiniz!

Böyük IDEA nədir?
IDEA gənc nəsli müsbət və davamlı ekoloji dəyişiklik yaratmağa hazırlamaq naminə dialoq, fəaliyyət, liderlik və təhsil kimi başlıca prinsiplərə əsaslanır.
Leyla Əliyeva haqqında
Leyla Əliyeva 3 iyul 1985-ci il tarixində Rusiyanın Moskva şəhərində anadan olmuşdur. O, Londonda və Moskvada təhsil almış, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGIMO) magistr pilləsini bitirmişdir.

Bİzə qoşul